fbpx

İncİl DəYİŞDİ?

Allah Müqəddəs Kəlamı olan İncilin dəyişməyinə icazə verər?

Lakin oxumadan bilmək olmaz. Özünüz oxuya bilməyiniz üçün linkə vurun sizə 100% pulsuz İncil hədiyyə etmək istəyirik.

Adamların bir çoxu bizə gəlib dünya miqyasında tanınan və sübut edilən bir həqiqət kimi, İncilin tarix boyu “kahinlər” tərəfindən dəyişdirildiyini deyir.

Sözün düzü, xalqımız bu iddia ilə bizi və imanımızı nə qədər təhqir etsə də, bizi kədərləndirən məqam odur ki, əsas Allahın xarakterinə və Müqəddəs Kitabına təhqir etdiklərindən belə, agah deyillər. Bir də İncili heç oxumadan bunu irəli sürməkləri bizi həqiqətən məyus edir. Əvvəla bunu bildirmək lazımdır ki, bugünə qədər heç kim bu iddianı təsdiqləyəcək xırda sübut belə, göstərə bilməyib. Bunların hamısı boş və əsası olmayan yersiz iddiadan başqa heç bir şey deyil.

Əslində, 19-cu yüzillikdə Avropanın bir çox ateist mütəfəkkirlər bu mövzunu ələ aldılar və uzun illər İncili inkar etmək üçün onu elmin və məntiqin filtrindən keçirdilər, amma nəticədə İncilin Allahın dəyişməz əsəri olduğu qənaətinə gəlmək məcburiyyətində qaldılar.

İncil’in ən köhnə nüsxələrindən biri olan P66 nömrəli nüsxə indi aydın cürdə İsveçrədəki Bibliotheca Bodmeriana Müzəyində sərgilənir.

İncil dəyişdirildi” iddiasının gülməli tərəfi də budur; fərz edək ki, Məsihdən 500 il sonra yaşamış bir keşiş İncilin bəzi təlimlərini mənimsəmədiyi üçün onu dəyişdirmək istədi. Lakin bunun hamısını (tamamilə) etmək üçün İncilin onlarla dilə tərcümə edilmiş və bütün dünyaya yayılan minlərlə nüsxəsini bir yerə toplayıb, yenidən tək-tək yazmalı idi. Sizcə, belə bir şey mümkündürmü? Yenə başqa biri, İncilin orijinalının çoxdan itdiyini, Məsihçilərin indi istifadə etdiyi İncilin uydurma olduğunu əminliklə iddia edir. Yaxşı, onda biz soruşanda ki: “Əlimizdəki İncilin dəyişdirildiyinə dair hər hansı bir sübut gördünüzmü? Ya da, “Dəqiq olaraq harası dəyişdirildi?”, “Bilmirəm, ancaq elə eşitmişəm” kimi cavablar eşidirik. Deyəsən, insanlar bu şayiənin belə rahatlıqla yayılmasının nə qədər böyük bir iddia olduğunu dərk etmirlər. Nəticədə bu kitab Allahın Sözüdür və insanlar təhrif olduğunu iddia edəcəklərsə, əllərində çox ciddi sübutların olması lazım olmazdımı? Tam əksinə, kitabın özü və ya tarixi dəlil olsun, elmi və ya məntiqi dəlil olsun, hər sahədə İncilin Allahın ilhamı olub, təhrif edilmədən erkən Kilsənin dövründən bəri sağlam bir şəkildə əlimizə çatmasını sübut edə bilirik.

 

Allah Öz Sözünü qorumursa, etibarlı olduğunu necə göstərə bilər?

Yenə yuxarıdakı iddiaların həqiqət olduğunu fərz edərək, hər şeydən əvvəl Allahın müdrikliyini və qüdrətini heçə endirib xarakterini aşağı salmarıq ki? Halbuki hamımız qadir olan, hər şeyi bilən, hər şeyə gücü çatan (qüdrətli)  tək bir Allaha inanırıq. Əgər Allah dünən, bugün və əbədiyyən dəyişməyən tək Allahdırsa, Öz Sözünün də dəyişdirilməsi mümkün deyil; çünki Allah Sözlərini insanlara göndərdiyinə görə onları qorumağa qadirdir. Allah Öz Sözünü qorumursa, etibarlı olduğunu necə göstərə bilər?

Bundan əlavə, bu əsassız şeyləri deyərək, kahinlərin Allahdan daha güclü olduğunu iddia etmirikmi? Bu mümkün deyil, çünki Allah Müqəddəs Sözlərinin (Kəlamlarının) heç vaxt dəyişdirilə bilməyəcəyinə dair dəfələrlə vəd vermişdi:

“Sizə doğrusunu deyirəm: göy və yer keçib getmədən, hər şey icra olmadan Qanundan ən kiçik bir hərf və ya bir nöqtə belə, yox olmayacaq”. İsa Məsih

Chester Beatty P46 Nüsxəsi

İİkincisi, İncilin dəyişdirilmədiyini sübut edən minlərlə tarixi əlyazmalar arxeloji muzeylərdə sərgilənir. İsa Məsihdən sonra ilk əsrlərdən başlayaraq erkən Kilsə dövlərindən qalan 5000-dən çox orijinal yazı mətni olan Yunan (Qədim Yunan dilində) əlyazmaları, yəni İncil nüsxələri var. Həmçinin, Məsihdən bir müddət sonra başqa dillərə (Latın, Keldaniça, Suriya və s.) tərcümə edilmiş 9000-dən çox İncil əlyazmaları var.. Bundan əlavə, kilsənin ilk liderlərinin sitat və ilahi kitablarında İncildən o qədər çox sitatlar var ki, başqa heç bir İncil nüsxəsi qalmamış olsa da, sadəcə, onların yazılarından İncil yenidən bərpa edilə bilər. Məntiqi olaraq, İncilin mətni üzərində bu iddia edilən manipulyasiyalar aparılsaydı, şübhəsiz ki, onun məzmunundan aydın olardı, çünki bu təklif olunan dəyişikliklər İncilin özündə ziddiyyətlər yaradardı. Lakin onu oxuyan hər kəs İncilin nə qədər ardıcıl, məntiqli və axıcı olduğuna öz fikrini bildirə bilər. 

 Hal-hazırda əlimizdəki bu İncil mövcud olan qədim nüsxələrə əsaslanaraq diqqətlə Azərbaycan dilinə tərcümə edilmişdir. Maraqlıdır ki, əvvəlki yazılan əsərlərin heç birində (məsələn: İlyada və ya Aristotelin əsərləri) İncil ilə bağlı mövcud mətn mənbələrinin yüzdə beşinə belə, malik deyil, lakin kimsə o kitabların dəyişdirildiyini iddia etmir. 

 Həqiqət odur ki, dünyada Müqəddəs Kitab kimi möhkəm və etibarlı şəkildə günümüzə ötürülmüş, diqqətlə tərcümə edilmiş və qorunmuş heç bir əsər yoxdur. Beləliklə, ilk növbədə, Allahın etibarlılığına olan inamımıza və daha sonra elmi araşdırmalara əsaslanaraq Allahın Kəlamı olan İncilin heç vaxt dəyişdirilmədiyini və dəyişdirilə bilməyəcəyini əminliklə deyə bilirik (İncilin ayələri olan 2 Timoteyə 3:16, 2 Peter 1:19-21-ə baxın).

Müəllif: Can Nuroğlu

Hədİyyə İncİl

 Allahın Kəlamı dəyişdirilə bilməz amma bizi dəyişdirə bilər. İndi sifariş etmək üçün linkə vurun.