fbpx

NİYƏ MəsİHÇİLƏR MəBƏDƏ GEdİRLƏR?

Məsihçilik Azərbaycan torpaqlarında yad bir inanc dəyildir. Siz də bu qədim inancı araşdırmaq istəyirsinizsə sizə İncil hədiyyə etmək istəyirik.   

Heç kimə sirr deyilki, cəmiyyətdə ‘Xristian’ adlanan Məsihçilər ‘dirilmə günü’ adlandırdıqları həftənin yeddinci günü birlikdə müəyyən bir məkanda toplaşıb ibadət edirlər. 

 Məsihçilərin bu fəaliyyətlərini kənardan seyr edənlər bu kimi suallar verirlər: Bu insanlar hara və niyə gedir? Məbəd nədir? Onlar bütpərəstdirlərmi? Bu kiçik məqaləmizdə səthi də olsa bu haqda biliklər toplamağa sizi dəvət edirəm. Əlbətdə, hər şey şəffaflığı ilə o zaman əldə edir ki, qərəzləri kənara qoyub, sözlərin əsl mənasında baxılır. Ola bilərki, siz məsihçi tanışlarınızı bazar günü harasa dəvət edəndə, dəvətinizə sevgiylə ‘yox’ cavabı almısız və bu mülayim ‘yox’ cavabının izahında ‘mən həmən gün məbədə gedəcəm’ və ya ‘mən həmən gün kilsədə olmalıyam’ cümlələrinizi eşitmisiz. Hər bir Məsihçi üçün ‘məbəd’ və ya ‘kilsə’ bir birini əvəz edən sözlərdir. Kilsə və ya məbəd hər hansısa daşınmaz əmlak və ya məkan deyil, İsa Məsihin Xilaskar olduğuna iman etmiş insanlar cəmiyyətidir. Bu imanlılar cəmiyyətinin qurucusu, hansısa insanlar deyil, bilavasitə İsa Məsihin Özüdür. O şagirdlərinə təlim verərkən deyir; Mən Öz kilsəmi qururam (Mat.16:18).

Qavkaz zonasındakı ən köhnə məbəd olan Kiş Kilsəsinə Şəkidə baxa bilərsiz.

Qavkaz zonasındakı ən köhnə məbəd olan Kiş Kilsəsinə Şəkidə baxa bilərsiz.

Kilsə İsa Məsihin Ardıcıllarıdır

Kilsə – qədim yunan orijinal mətnində ekklesia sözüdür, hansıki, cəmiyyət və ya toplantı mənalarını verir. Yəni kilsə həftənin yeddinci günü ibadət edilən yer deyil, hər gün Rəbbə imanla yaşayan insanların özləridir. İlk məsihçilərdən günümüzdəki olan məsihçilər daxil olmaqla, onların harda ibadət etmələri o qədər önəm daşımır. Bu möhtəşəm ibadət təyinatıyla inşa edilmiş bir binadır, yoxsa adi bir ev və ya açıq hava əsla fərq etmir. Çünki İsa Məsihin imanlılara vədi budurki, harada iki və ya üç nəfər Onunla adıya yığışıbsa, O onların arasındadır (Mat.18:20). Eyni zamanda Allah hansısa məkanda deyil, Ruhda və həqiqətdə ibadət edənləri axtarır (Yəh.4:21-24).

Qeyd etmək vacibdirki, Məsihçilərin birgə ibadətinin səbəbkarı və təşəbbüskarı Tanrı olduğuna görə Məsihçilər birgə ibadətləri ilə İsa Məsihə və Onun insanlar üçün etdiklərinə sevgilərini bildirirlər. Eynilə də birlikdə ibadətin səbəbi Məsihçilərin bir birlərinə səmimi qardaşlıq sevgilərini və bütün insanlara olan sevgilərini nümayiş etdirməkdir. İbadət zamanı Allaha həsr olunmuş həmd nəğmələriylə həm bir birlərini ruhlandırıb təlim verirlər, həm də Tanrını izzətləndirirlər. Həmçinin vaizin insanlara vəz etdiyi Allah Kəlamı, bir birləri üçün və bütün insanlar üçün etdikləri dualarla həm öz ruhani təlabatlarını ödəyib ruhlanır, həmdə Allahı izzətləndirirlər. Bu ibadətdə olan səmimi sevgi, sülh, salehlik və iman abu havası insanı Allaha həmd etməyə təşviq edir. Məsihçilər müqəddəs İncil Kitabında yazılanlara əsasən tam əmindirlərki, İsa Məsih bir gün yer üzündə insanlara zahir olacaq və Öz qurduğu cəmiyyət əbədi olaraq Ona izzət verməkdə davam edəcəklər. Dirilmə günündəki ibadət isə gələcəkdə gözlənilən nurlu həyatın sadəcə bir şəfəqidir.

“Sizə yeni bir əmr verirəm: bir-birinizi sevin, Mən sizi sevdiyim kimi siz də bir-birinizi sevin. Əgər bir-birinizə məhəbbətiniz olsa, bütün insanlar biləcək ki, siz Mənim şagirdlərimsiniz.”

İsa Məsih

Hədİyyə İncİl

 Allahın Kəlamı dəyişdirilə bilməz amma bizi dəyişdirə bilər. İndi sifariş etmək üçün linkə vurun.