fbpx

 NİYƏ İsa Məsİhə İMAn EDİRSİNİZ?

İsa Məsih sizin də həyatınızı dəyişdirə bilər. Bu xilas haqda məlumat ala bilməyiniz üçün linkə vurun sizə 100% pulsuz İncil hədiyyə etmək istəyirik.

Nə üçün siz Dirini ölülər arasında axtarırsınız? O burada yoxdur, O dirilmişdir!” – Luka 24 İncil

Qarşımıza qoyduğumuz sualı bir Məsihçiyə versək, əmin ola bilərsizki, o böyük bir müsbət emosiya yüksəkliyi ilə sizə İsa Məsihin bu dünya üçün və şəxsən onun özü üçün etdiklərini danışmağa başlayacaq. Və siz bir cavab və bir neçə dəqiqə ilə canınızı ondan qurtara bilməyəcəksiz. Onun sevinc dolu anladıqları və yaşadıqları sizinlə bunları bölüşməyə onu təşviq edir. Müqəddəs Yazı bunu ‘Müjdə və ya Xoş Xəbər’ adlandırır. Bu xoş xəbəri bir cümlə ilə ifadə etsək yəqinki belə olardı: O dirildi!

Bəli. Məsihçinin Məsihə iman etməsinin təməlində İsa Məsihin ölülərdən dirilməsi durur. İsa Məsihin həvarilərindən olan dünyaca məşhur həvari Paul belə deyir: Əgər İsa Məsih dirilməyibsə, imanınız əbəsdir və puçdur (1Kor.15:14,17).

İncildə İsa Məsihin ölülərdən dirilişi haqqdakı ayələrə bu videodan baxa bilərsiz

İsa Məsih Adi Pəyğəmbər Deyil

İsa Məsihin həyatını İncil kitabında oxuyanlar, Onun etdikləri və bəyanatları ilə tanışdırlar. İnsanları heyrətə gətirən İsa Məsih ölüləri dirildir, mümkünsüz xəstəlikləri şəfalandırdı. Bununla yanaşı Onun Özü haqqında qeyri-adi bəyanatları və vəzləri var idi. O Özünü adi peyğəmbər, müəllim kimi deyil, daha ötə Tanrının vahid Oğlu (Yəh.3:16), Allahla bir olduğunu (Yəh.10:30) Allahın Özü (Yəh.14:9), Həyat Mənbəyi olduğunu (Yəh.14:6) və yeganə Xilaskar olduğunu (Luk.19:10) vəz edirdi. Bu bəyanatlar çox bərkdən səslənir və bunlara iman etməyə möcüzələrlə kifayətlənmək olmaz. Tarixdə özünü ilah adlandıranlar çox olmuşlar. Lakin onların yetərsiz əxlaqı, məhdud gücü və sadə ölümlü olması onların bəyanatlarını alt üst etmişdir. 

Dirilmə İsa Məsihin bütün Özü haqqında dediklərinin həqiqi olduğunu və Ona iman etməyə əsas olduğunu təsdiq edir.

İsa Məsihin dirilməsinin tarixi və məntiqi əsaslarını bu qısa məqalədə təqdim etməyə başlayarkən, ilk növbədə Müqəddəs kitaba əsaslanmaq daha düzgün olar. Çünki İncildə ruhani həqiqətlərlə yanaşı öz dövrünün İsrail və Roma imperiyasının həyatının xırda detallara kimi dəqiq və səhvsiz təsviri bizə İncilin eyni zamanda vacib tarixi bir sənəd olduğunu bildirir. Arxeologiya elmi ilə qəti zidd getmir, əksinə arxeoloqların sevimli sənədi kimi onlara yardım göstərir. Beləliklə, həqiqi və dəqiq tarixi bir sənəd olan İncildə İsa Məsihin Ölümü və dirilməsi tarixi baxımdan qeyrişərtsiz həqiqi qəbul olunur.

Dirilişə əmin olmaq üçün İncildən kənar tarixi mənəbələrə baxmaq olar. İsa Məsihin ölümündən təxminən 10 il sonra dünyaya gəlmiş dünya tarixçilərinin qaynaqlandığı İosif Flavinin İsa Məsih haqqında yazdığı həqiqətlərdə İncilində yazdıqları ilə üst üstə düşür. O Məsihin şagirdi olmasa belə, öz ‘Yəhudi tarixi’ əsərində İsa Məsihin ölməsi və dirilməsini və çoxlu məsihçilərin bu inamla yaşamasını qeyd edir( Yəhudi tarixi. Xxviii.3.3). Amma təkcə İosif Flaviy deyil, İsa Məsihin incildə təsvir olunmuş həyatıyla üst-üstə düşən digər antik tarixçilərində əsərlərinə baxmaq olar. Məsələn, Troya müharibələrini yazan antik tarixçi Tallusun üçüncü kitabında gündüz vaxtı qatı qaranlıq haqqında bəhs olunması( Yəhudi tarixi. Xxviii.6.4)., məşhur antik tarixçi Tatsitin qeydlər və digər sənədlər Müqəddəs İncillə uyğun gələrək bizi əmin edirki, İsa Məsihin ölümü və dirilməsi yalnız həqiqətdir.

Dirilişin nəticəsində İsa Məsihin şagirdlərinin sayı on iki nəfərdən minləri ötüb keçdi. Əvvəlcə ona düşmən və ya laqeyd olanlar dirilmiş İsanı görüb Rəbb olduğuna iman etdilər. Dirilmiş Məsihlə şəxsən görüşən həvari Paul, radikal dindar yəhudiçilikdən və inancının ona bəxş etdiyi üstünlüklərdən imtina edir. O şəhadət edirki, dirilmiş İsa Məsih beş yüzdən çox imanlıya və fərqli vaxtlarla digər çoxlu imanlılarla görüşüb(1 Kor.15:5-8). Paul bu sözləri cəsarətlə Korinf şəhərindəki imanlılara yazır və bildirirki, İsa Məsihi dirilmiş görənlərin çoxu hələ də sağdır. Deməli o dövrdə dirilmə ilə məhkəmə qurulsaydı, şahidlərin say çoxluğuna görə bütün məhkəmələr, hakimlər, Onun dirilmiş olduğunu qeyri-şərtsiz qəbul etməliydilər.

Dirilişin Məqsədi Nədir?

Dirilmə məsihçi imanının əsasında durur. Yuxarıda biz məqsədlərdən birini qeyd etmişdik. 1) Dirilmə ilə, İsa Məsihin etdiklərinin və Özü haqda dediklərinin həqiqi olduğuna əmin olduq. Bununla dirilmə bəşər tarixinin ən böyük probleminin həll edir. Adəmlə Həvvanın günahının nəticəsində yer üzünə günah və günahın nəticəsində isə fiziki ölüm və ruhani ölüm gəlmişdi. İnsanlar Adəmdən qalan təqsir və şəxsi günahlarının nəticəsində bədənə və ruha parçalanıb ölürlər və əbədi əzaba – cəhənnəmə qərq olurlar. İstər fiziki ölüm, istər ruhani ölüm Rəbb bununla barışmaz düşməndir. O Öz ölümüylə günahların əvəzini tam ödədi, ölülərdən dirilərək isə ona qalib gəldi. 2) Artıq dünyasını dəyişən imanlı Allahın məhkəməsini hökm üçün gözləmir, çünki İsa Məsih dirilməsiylə ona məhkəmədə bəraət verib (Rom.4.27). Allah İsanın kəffarə qurbanını qəbul edərək, İsanı şəxsi xilaskarı kimi qəbul edəni bağışlamış və axirət məhkəməsindən sorğu-sualsız azad etmişdir. 3) Dirilmə eyni zaman da məsihçiyə tam əminlik bəxş edirki, bir gün o da heç bir xəstəlik, yaşlanma, ağrı olmadan Tanrıyla əbədi yaşamaq üçün diriləcək (1Kor.15,52).

“Dirilmə və həyat Mənəm. Mənə iman edən ölsə də, yaşayar, yaşayıb Mənə iman edən də heç vaxt ölməz. Buna inanırsanmı?” – İsa Məsih

Hədİyyə İncİl

 Allahın Kəlamı dəyişdirilə bilməz amma bizi dəyişdirə bilər. İndi sifariş etmək üçün linkə vurun.