fbpx

Azərbaycanlı MəsİHcİ Ola BİLƏR?

Biz Azərbaycanlı doğuluruq və səçməyə azadıq. İsa Məsihi araşdırmaq istəyirsənizsə linkə vurun sizə 100% pulsuz Hədiyyə İncil etmək istəyirik.

İnsanın vicdanı seçimləri onun öz vicdanından asılıdır. İnsan istədiyinə inana da bilər, inanmaya da bilər. Bu insanın şəxsi seçimlerine bağlıdır.

Birinci gəlin dövlətin qanunları tərəfindən baxaq.Burada bizə bir həqiqət aydın olur ki, dövlət qanunlarımız buna pozitiv baxır və bu insanın şəxsi seçiminə bağlı bir şeydir. Azərbaycan Resbublikasının Konstitusiyası 48-ci maddə bizə vicdanımızın azad olduduğunu bildirir.Gəlin oxuyaq—

I. Hər kəsin vicdan azadlığı vardır. 

II. Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır. 

III. Dini mərasimlərin yerinə yetirilməsi, ictimai qaydanı pozmursa və ya ictimai əxlaqa zidd deyildirsə, sərbəstdir

Bu maddə bizə azad vicdanla etiqadımızı seçməyə haqq verir və buna görə heç kim heç kimin etiqadına qarşı dura bilməz və ya etiqadına görə onu incidə,əziyyət verə bilməz əgər bu dövlətçiliyimizə zərər vurmursa. Kim istəsə ümumiyyətlə heç bir dinə inanmaya da bilər

Biz Azərbaycanlı olaraq doğuluruq biz Müsəlman və ya Xristian ya da başqa dini seçimlərimizə görə doğulmuruq. Necə ki (Hindistanda və ya Çində doğulursansansa, bu o demək deyil ki, sən bütpərəst və ya buddist kimi doğulursan. Sadəcə bizim mentalitet və mədəniyyətə görə bizə öyrədirlər ki, biz Müsəlman doğuluruq amma bu belə deyil, iman və ya dini etiqad bizim həyatı dərk edəndən sonra olan seçimlərimizə bağlıdır. Biz həyatımızın bəzi hissələrində mədəniyyətimizə görə deyil, vicdanı tərəfimizə baxaraq addımlar atmalıyıq. Amma bizim vicdanı seçimlərimiz heç kimi fiziki cəhətdən incitməməlidir. Hətta, Tövratda biz görürük ki Allah insan qarşısına seçim qoyur ki, o seçsin Allah insanın seçimlərin qarşı ancaq bunu edir amma Allah insanın seçimlərində onu məcbur etmir.

 

Əlbət Azərbaycanlı Məsihci Ola Bilər

Bəli bizim vicdanı seçimlərimiz insanların hissiyatına toxunacaq və bizə yuxarıdan aşağı baxacaqlar və ya yaxınlarımız bizim seçimlərimizə görə kədərlənəcək. Amma bu o demək deyil ki, Azərbaycanlı Məsihçi ola bilməz. Biz vicdanı seçimlərimizə görə Allah qarşısında bir gün cavab verəcəyik, insanlar qarşısında deyil. Mən bir azərbaycanlı olaraq, 21 il əvvəl İsa Məsihi seçmişəm və bu seçimimə görə çox təqiblərə məruz qalmışam. Amma yenə də seçimimdən heç vaxt peşman olmamışam və seçimimdən geri dönməmişəm. Məsihi seçdiyim üçün xoşbəxtəm. İncilə görə İsa Məsih əsl xoşbəxtlik mənbəyidir və Yol, Həqiqət və Həyatdır. Ona görə də hər bir Azərbaycanlı Məsihçi ola bilər. Buna görə insanlar sizə hər şey deyə bilər. Amma Məsihçiliklə qarşılaşırsınızsa, İncil əlinizə keçibsə ona qərəzli yanaşmayın vicdanınızın səsinə qulaq asın. Qoy Tanri sizə xeyir dua versin. 

Ey bütün yorğunlar və yükləri ağır olanlar, Mənim yanıma gəlin, Mən sizə rahatlıq verərəm.” İsa Məsih
Matta 5:18

Hədİyyə İncİl

 Allahın Kəlamı dəyişdirilə bilməz amma bizi dəyişdirə bilər. İndi sifariş etmək üçün linkə vurun.