fbpx

Azərbaycan MəsİHÇİLİK TarİXİ

Azərbaycanın qədim inancı olan Məsihçiliyi araşdırmaq istəyirsənizsə linkə vurun sizə 100% pulsuz İncil hədiyyə etmək istəyirik.

İndiki Azərbaycan ərazisinə, Albaniyaya Məsihçilik, İsa Məsihin həvarilərinin dövründə gəlmişdir.

İsanın 12 həvarisindən olan Bartalmay (Bartalmayın ikinci adı Nataneldir (İsa Məsih Yəhya Müjdəsi 1:48-50-ci ayələrdə onun haqqda danışır) və Tadday (Fadey) ilə birgə, müjdə ilə Parfiyalılara, Midiyalılara, Aşurlular, Baktriyalılara, Margianlılara bölüşürdülər. Onlar Yerusalimdəm Hindistana və oradan geri, indiki Azərbaycan ərazisində İsa Məsih haqqında xoş xəbər ilə bölüşürdülər. bizim eranın 70-ci illərində baş verirdi. Xidmətlərində bölündülər, Bartalmay Albaniyada və Tadday indiki İran ərazisində müjdə verirdilər. O zaman bu ərazilərdə 25 xalq yaşayırdı.

Bartalmayın əli ilə Rəbb böyük möcüzələr edirdi, insanlar iman edirdi, şəfa alırdı. Buda büdpərəst kahinləri qıcıqlandırırdılar. Beləlikdə onları razı salmaq üçün Alban padşahı Astiaq Bartalmayı həbs edib, Albanopol (Urbanopol) şəhərinə indiki Bakıya gətirib, büdpərəst kahinlərin əlinə təslim etdi. Onu başaşağı çarmıxa çəkdilər, lakin Bartalmay susmadığına görə, Onu çarmıxdan düşürdüb, dərisini diri-diri soydular və sonra dilini, əllərini, ayaqlarını doğradılar. Buna görə bu təsvirdə o dərisizdir. Bartalmayın iztirab çəkdiyi yer Qız qalasının yanıdır, çünki bu qala vaxtı ilə Zərdüşların məbədi olmuşdur. 410-cu ildə Bartalmayın canəzəsinin qalıqlarını köçürtdülər. Anma tarixi 24 Avqustdur.

Taddayın Xidməti

Tadday isə indiki İran ərazisində müjdə paylaşırdı. Onun vasitəsi ilə Rəbb böyük işlər etdi, Tadday çoxlu cəmiyyətlər yaratdı və onun çoxlu şagirdləri var idi. Taddayın dəqiq necə və kimlər tərəfindən öldürülməsi aydın yazılmayıb, lakin tarixdə onun indiki İran ərazisində iztirablar çəkərək öldürülməsi qeyd edilibdir. Taddayın sadiq şagirdlərindən biri Elişa (Yelisey), Yerusəlim Həvarisi Yaqubun xeyir duası ilə Albaniyaya yollandı və indiki Şəki ərazisində müjdə paylamağa başladı. Onun vasitəsi ilə Qafqazda ilk inşa edilmiş sayılan Kiş məbədini tikdi. Onun sadiqliyi və möhkəm imanı vasitəsi ilə şimal bölgələrdə müjdə uğurla yayılırdı. Elişa daha şimala tərəf yollandı və Çölü (Dərbəndə) qədər gəldi. Hermez ərazisində şagirdi ilə birgə büdpərəstlər tərəfindən öldürülərək quyuya atıldı.İllər keçdikdən sonra Alban məsihi padşahı Vaçaqan III-cü Tərəfindən cənazasi götürülərək Albaniyaya gətirildi və Kiş ərazisində dəfn edildi. Kişdə Elişanın kilsəsi, bu kilsə şərqin kilsələrin Anası kimi qəbul edilir. Müjdə Albaniyada yayılırdı və əhalinin əksəriyyəti İsa Məsihə iman etmişdir.

1937-ci ilə qədər Bartalmayın iztirabların xatirəsinə Qız qalasının yanında kiçik məbəd var idi. Bu məbəd 1937-ci ildə sovetlər tərəfindən dağıdılmışdır. Qalıqlar ilə maraqlanan indi də gədib baxa bilər.

Şəki ərazisində olan Kiş və o biri adı ilə Elişa kilsəsi

Alban Məsihçilik Dövrü

313-cü ildə Urnair Padşahı Məsihçiliyi dövlət dini kimi qəbul edilməsinə görə fərman verdi. Bu vaxtdan Albaniyada yeni tarix başladı və bu tarix Məsihçiliklə bağlı idi. Mədəniyyətin inkişafı, dövlətçiliyin inkişafı, maarifləşdirilmə ocaqlarının açılması, dua evinin və məbədlərin tikilməsi başlandı. Akademik Bünyatov qeyd edir ki, Məsihçi padşahlar Urnair, II Vaçe və III Vaçaqan Məsihçiliyin yayılması üçün çox zəhmət çəkmişdilər. 438-457-ci illərdə məsihçilik qarşıdurma ilə üzləşdi. Bu müharibəni Persiya Padşahı II Yezdegert müharibə yürüşü ilə başlayaraq yaratdı. O istəyirdi ki, Albaniyanı Zərdüşluqa qaytarsın, lakin Alban xalqları birləşərək , o güclü müqavimət ilə rastlaşdı, əsas itkini AVARAY döyüşündə verdi, ondan sonra “Albanlar kimə istəyirlərsə, qoy ibadət etsinlər” dedi. 487-ci ildə Alban padşahı III Vaçaqan Xeyirxah olur. Onun dövründə Məsihçilik vüsat alır. Qəbələ Məsihçiliyin paytaxtı idi. 552-ci ildə Məsihçiliyin mərkəzi Bərdə idi. 1-ci Alban Məsihçi baş kahini Abbas olur. Alban Məsihçi padşahı Cavanşır 638-670-ci illərdə padşahlıq edirdi. Albaniyanın inişafı, Məsihciliyin yayılmasının yeni dövrü başladı.

Alban Dövründən Bu Tərəfə Məsihçilik Tarixi

639-cu ildə İslam Azərbaycanı işğal etməyə başladı, Cavanşır padşah böyük səylə ona qarşı döyüşürdü. Lakin 667-ci ildə xəyanətdən qorxaraq və hakimiyyətini əlində saxlamaq üçün təslim oldu, buna görə də köməkçiləri tərəfidən öldürüldü. İslam Azərbaycanı 639-cu ildən işğal etməyə başladı və böyük müqavimətlər ilə rastlaşaraq 66 il sonra 705-ci ildə tam ərazini nəzarət altına aldı. Buda böyük itkilər və ölümlər ilə müşahidə olunurdu. Cavanşir sonuncu Məsihi padşah kimi qəbul edilibdir.

VIII-IX əsrlərdə Azərbaycan ərazisində müstəqil dövlətin yaradılması ilə Alban kilsəsi müstəqiliyini aldı. X-XI əsrlərə qədər nüfuzunu saxlamışdır, bunu XVIII əsrə qədər etdi.

1836-cı ildə Rus çar höküməti tərəfindən Alban kilsəsi ləvğ edildi, bütün əmlakı və tarixi sənədlər Ermənistana verildi.

XIX əsrin əvvəlindən Azərbaycana Rusiyadan Protestantların köçürülməsi başladı.

Bakıda birinci Pravoslav kilsəsi 1815-cı ildə tikildi. 1834-cü ildə ilk köçürülənlər Şamaxının Altı-agac kəndinə, 1838 –ci ildə Lənkarana, 1842-cı ildə Boris-Rus qəsəbəsi, 1844-cü ildə Slavyanka qəsəbəsi, 1868-ci ildə ancaq Bakı ərazisində 21 Protestant qəsəbəsi var idi və orada 13 000 adam yaşayırdı.

Bakıda birinci Katolik kilsə XIX əsrin 50-ci illərində, katolik hərbici dustaqların köçürültməsi ilə fəaliyyət başladı. 1882-ci ildə müstəqilliyini alır, 1895-ci ildə bakirə Məryama həsr olunan məbəd tikilir, 1909-1912-cı illərdə bakirə Məryamın adına yeni kilsə binası tikilir, hansı ki, Bakını gözəl binalarından biri hesab edilmişdir və Sovet vaxtında sökülür. 1999-cu ildə Bakıda Katolik icması fəaliyyətini bərpa edir. 1819-cu ildən Azərbaycanda 209 Alman ailəsi yaşayırdı.

Lüteran məbədi 1870-ci ildə fəaliyyətinə başladı. 1899-cu ildə Bakıda Kirxa məbədi tikildi. İndiki Xanlarda (Elenenford) bu tarixdən də öncə Kirxa binası tikilmişdir.

1844-cü ildə Baptist kilsəsi fəaliyyətini başladı

1894-cü ildə Adventistlər fəaliyyətini başladılar.

1914-cü ildə Əllincilər fəaliyyətini başladılar.

1937-ci ildə Lüteran kilsəsinin xidmətçiləri başqa xidmətçilər ilə birgə həbs edilib, sürgün edilib bəziləri isə güllələndi.

1994-cü ildə Məsihin müjdəsi yenidən yayılmağa başladı və indi Azərbaycan ərazisində 10 mindən çox Məsihçi mövcutdur.

“Mən cəmiyyətimi quracağam. Ölülər diyarının qapıları ona qalib gələ bilməyəcək.” İsa Məsih

Hədİyyə İncİl

 Allahın Kəlamı dəyişdirilə bilməz amma bizi dəyişdirə bilər. İndi sifariş etmək üçün linkə vurun.